Azərbaycan otelləri turistləri qəbul etməyə hazırdırmi? - TƏHLİL

İQTİSADİYYAT
13:42 03.06.2012
3514
Dünyada turizm sektorunun dövriyyəsi 2005-ci ildə 200 milyard dollar təşkil edirdisə, ötən il 11 trilyon dollar olub. Kreativ sektor sayılan turizm, hər yerdə olduğu kimi, Azərbaycanda da məhz gəlirlərin artmasına hesablanıb. Hər il ölkəyə gələn turistlərin sayında artım hiss olunur. Məsələn, 2002-ci ildə Azərbaycana cəmi 428 min turist gəlmişdisə, 2011-ci ildə onların sayı 2 milyondan çox olub.Bununla belə, bu sahədə xeyli problemlər var. Ən əsası, qiymətlərin yüksək olmasıdır. Müqayisə üçün uzağa getməyək. Azərbaycanın turizm rəqibləri Türkiyə və Gürcüstandır ki, həmin ölkələrin aşağı və xeyli sərfəli qiymətlər təklif etməsi ölkəmizə turistlərin cəlb edilməsində problemlər yaradır. Həm də söhbət təkcə xaricdən gələn turistlərin sayından getmir. Ölkə vətəndaşlarının bir qismi Azərbaycanın gözəl istirahət guşələrini qoyub Gürcüstan və Türkiyəyə üz tutur.İqtisadçı-ekspert Vüqar Bayramlı deyir ki, Azərbaycan, infrastruktur cəhətdən Gürcüstandan irəlidədir, amma Gürcüstanın turizm sektorunda qiymətlər Azərbaycandakından 80% ucuzdur: “Qiymətlərin tənzimlənməsi üçün ilk növbədə süni qiymət artımının qarşısı alınmalıdır. Xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqdan ötrü xüsusi təlimlərin keçirilməsinə də ciddi ehtiyac var. Daha bir problem aşağı ulduzlu hotellərin az olmasıdır. Xaricdən orta təbəqə nümayəndələrini ölkəyə cəlb etmək üçün 1 və 2 ulduzlu hotellərin sayını artırmaq vacibdir. Azərbaycanda 499 Hotel var və onların əksəriyyəti 3, 4, 5 ulduzludur, qiymətlər isə 50 manatdan başlayır. Bu, London, Nyu-York, Moskva, İstanbulun analoji hotelləri ilə müqayisədə normal məbləğdir, amma həmin şəhərlərdə 1 və 2 ulduzlu hotellərin sayı çox olduğundan turistlər ciblərinə uyğun 10-20 dollara Hotellər tapmaqda çətinlik çəkmirlər”. Azərbaycanda turistlərin cəlb edilməsi mexanizmi də istənilən səviyyədə deyil və elektron xidmətlərin genişləndirilməsinə, xüsusən də, bölgələrdəki turizm obyektlərinin internet ünvanlarının yaradılmasına böyük ehtiyac var. Çünki əgər turizm xidmət obyektinin internet ünvanı yoxdursa, ilkin ödəniş etmək imkanı yaradılmayıbsa, təbii ki, turist ona lazım olan məlumatı əldə edə bilmir. Bələdçilik sahəsi də zəifdir. Ekspert hesab edir ki, turizm şirkətlərinin əksəriyyətinin, Bakı da daxil olmaqla, bütövlükdə Azərbaycanın tarixi obyektləri ilə bağlı məlumat bazaları azdır. Bu sahəni inkişaf etdirmək üçün turizm şirkətləri ilə tarixi obyektlərin daxil olduğu qurumlar arasında müqavilə bağlanmalı və gəlirlər bölünməlidir. Bakıda bəzi şirkətlərin təklif etdiyi bələdçilik xidmətinin 1 saatlıq qiyməti 60 manatdır. Bu dünyanın aparıcı şəhərlərinin bələdçilik xidmətləri ilə təxminən eynidir. Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, əgər çox sayda turist, deməli, həm də daha yüksək gəlir, ən əsası isə Azərbaycana yaxşı ad qazandırmaq istəyiriksə, bir müddət aza qane olmalıyıq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq