Azərbaycan parataekvondoçusu Paris-2024-də bürünc medal qazandı

İDMAN
22:11 29.08.2024
286
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu nəticənin ardından Azərbaycan Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR