Artıq davanın səbəbi də müəyyənləşib. Bu barədə AZXEBER.COM-a “Sektor 11″ fan-klubunun rəhbəri Elnur Şərifli məlumat verib: Biz Kipr bayrağını yandırmaq istəməmişik və yandırmamışıq. Belə bir fikrimiz də olmayıb. 2010-cu ildən yaranan gündən polislər daim bizə problemlər yaradıblar, istədiyimiz kimi dəstək verməyə imkan verməyiblər.
Amma Dalğa Arenada olan son olaylar “bardağı aşıran son damla” oldu. Belə ki bildiyiniz kimi, biz əvvəlcədən günlərlə hazırladığımız 250 kv metrlik xareoqrafiyamızı açmaq niyyətində idik. Və buna “Neftçi” rəhbərliyi də razılıq vermişdi. Amma polislər sanki hər vəchlə bu plakatın açılmasına mane olmağa çalışırdılar. Bu cəhdlərin birində isə artıq biz etiraz etdik polisə. Çünki bizdə “Neftçi”nin böyük bayrağı var idi. İki nəfər göndərdik ki, gedib onu gətirsinlər. Onlar dəmir maneəni aşıb, bayrağı gətirmək istəyəndə polislər imkan vermədi. Bundan sonra dava düşdü. Polislər üzərimizə gələrək bizi qorxutmağa çalışdılar. Amma geri çəkilmədik. Çünki bu xareoqrafiya bu gün açılmalıydı. Başqa cür ola bilməzdi. Nəticədə polislər dəyənəklərlə üzərimizə hücum etdilər. Üzvlərimizdən xeyli sayda xəsarət alanlar var. Dava Neftçi PFK-nın prezidenti Sadıq Sadıqov və vitse prezidenti Tahir Süleymanovun müdaxiləsi ilə başa çatdı.
Qeyd edək ki, polisin bütün əngəllərinə baxmayaraq “Sector 11 Azad Azarkeş qrupu” Azərbaycan futbol tarixinin ən böyük xareoqrafiya şousunu göstərməyə nail olub.