Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.
AzxeberSport xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Açılış matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Hər iki komanda hazırda 13 xala malikdir və 6-7ci yerləri bölüşdürürlər. Birinci dövrədə əyalət təmsilçisi 1:0, ikinci dövrədə isə "Sabah” 2:1 hesablı qələbə qazanıb.
Komandalar arasında Premyer Liqada keçirilmiş 6 oyunun 2-də meydan sahibləri, 3-də isə qonaqlar 3 xal əldə edib. Topların fərqində də "Qəbələ"nin minimal üstünlüyü var - 5:4.
Günün digər oyununda "Keşlə "Səbail"i qəbul edəcək. 26 xala malik olan meydan sahibləri "Neftçi" ilə birlikdə 2-3-cü yerləri bölüşdürürlər. Çempionatda ardıcıl 11 oyundur ki, qələbə qazana bilməyən "Səbail" 12 xalla sonuncu-8-ci yerdədir.İlk dövrədə "Səbail" 2:1 hesablı qələbə qazanıb, ikinci dövrədəki görüş isə qolsuz bərabərliklə yekunlaşıb. Komandalar Premyer Liqada 10 dəfə qarşılaşıblar. Bunların 5-də "Səbail", 3-də isə "Keşlə" qalib gəlib. Topların fərqində də qonaqlar üstündür - 12:10.
Azərbaycan Premyer Liqası, XVI tur
7 fevral
19:00. "Sabah” – "Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bank Respublika Arena”
21:00."Keşlə” –" Səbail”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"ASK Arena”
Xatırladaq ki, hər iki matç "CBC Sport” kanalından canlı yayımlanacaq.