Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda məğlub olub

İDMAN
21:10 21.09.2024
221
Azərbaycan Premyer Liqasının VII turunda "Turan Tovuz” doğma meydanda "Araz-Naxçıvan”a məğlub olub.

AZXEBER.COM xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Tovuz komandasının heyətində 48-ci dəqiqədə Ayxan Quseynov fərqlənib. Naxçıvan təmsilçisindən isə Ramon Maçado (44) və Felipe Santos (55) rəqib qapısına yol tapıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Araz Naxçıvan" 3-cü pilləyə yüksəlib. 14 xala malik "Turan Tovuz" isə ikinci pillədə qalıb. Tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR