Azərbaycan Premyer Liqasında Soma faciəsi anılacaq

İDMAN
10:20 16.05.2014
1220
Türkiyədə baş verən Soma faciəsi ilə bağlı dünya futbol ulduzları - Messi, Ronaldo və digərləri başsağlığı verməkdə davam edir. Qardaş Türkiyədə yaşanan faciəyə Azərbaycan Premyer Liqasında mübarizə aparan futbol klublarımız da biganə qalmayıb.AZXEBER.COM-un məlumatına görə, klublarımız Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsi ərazisindəki kömür mədənində baş verən qəzada çox sayda insanın həlak olması və yaralanmasından kədərlənir, faciə ilə əlaqədar qardaş ölkənin acı gününə şərik olur. Klubumuz Türkiyə xalqına, həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağlamlığına qovuşmasını arzulayır.Faciə qurbanlarının xatirəsini əziz tutan klublar arasında “Qarabağ”, “Xəzər Lənkəran”, “Bakı”, “Rəvan”, "Neftçi", "İnter" və ”Qəbələ” var.Bundan əlavə PFL başqanı Ramin Musayev Somada baş verən hadisə ilə bağlı Premyer Liqada matçlardan öncə 1 dəqiqəlik sükut olacağını qeyd edib.
OXŞAR XƏBƏRLƏR