Azərbaycan Premyer liqasının oyunları satılıb? (EKSKLÜZİV)

İDMAN
16:43 28.08.2011
2210

Dünən Azərbaycan Premyer Liqasının IV turunun ilk oyunları keçirilib. AZXEBER.COM-un məlumatına görə, qarşılaşmalarda favorit hesab edilən komandalar məğlubiyyətlə üzləşib.

"Qarabağ" doğma meydanda "Qəbələ"yə (0:1), "Bakı" "Kəpəz"ə (0:3) uduzub. İlk iki oyununda qələbə qazanan "Neftçi" isə AZAL-la görüşdə (3:1) məyus olub. Matçların bu cür nəticələnməsi diqqətdən yayınmır. "Xəzər-Lənkəran" isə "Rəvan"la sülh bağlayıb 1:1. Bütün favoritlərin büdrəməsi müəyyən iddiaları ortaya çıxarıb. Çempionluğa iddialıların hamısının eyni gündə meydana çıxması da şübhələri artırıb. Futbol mütəxəssisləri Peşəkar Futbol Liqasının (PFL) təqvimi belə salmasının təsadüf olmadığını iddia ediblər. Bütün bu məqamlar məsələnin bukmeker kantorları ilə bağlı olduğunu göstərir.  

Məsələylə bağlı AZXEBER.COM xəbər portalı maraqlı bir məqam ortaya çıxarıb. Dünyanın ən məşhur bukmeyker kontorlarından olan "Marafonbet" dünən Azərbaycan Premyer liqası oyunlarının başlamasına 3 saat qalmış klublarımızın oyunlarını saytdan çıxarıb, pul qoyuluşu qəbul etməyib. Bu qərar Azərbaycanda fəaliyyət göstərən kantorları da çaşdırıb. Onlar belə halla ilk dəfə rastlaşdıqlarını deyiblər. 

"Marafonbet" bukmeker kantorunun niyə bu addımı atması ilə bağlı məlumat verilmir.

OXŞAR XƏBƏRLƏR