Azərbaycan Prezidenti 16 əcnəbini əfv edib

Azərbaycan Prezidenti 16 əcnəbini əfv edib
SİYASƏT
10:47 26.05.2025
378
Azərbaycan Prezidenti İlham Əliyev 16 əcnəbini əfv edib.

AZXEBER.COM-un məlumatına görə, onlardan 5 nəfəri İran, 4 nəfəri Rusiya, 2 nəfəri Pakistan, 2 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Fransa, 1 nəfəri isə Əfqanıstan vətəndaşıdır.

Qeyd edək ki, dövlət başçısı mayın 26-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. Sərəncam 220 şəxsə şamil olunub. 
OXŞAR XƏBƏRLƏR