"Azərbaycan prezidenti çətin günlərdə öz liderlik qabiliyyətini dünyaya nümayiş etdirdi" - Partiya sədrləri

"Azərbaycan prezidenti çətin günlərdə öz liderlik qabiliyyətini dünyaya nümayiş etdirdi" - Partiya sədrləri
Siyasət
14:04 07.05.2020
1620
Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündən sonra mayın 4-də Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. 
 
Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında baş tutub. Zirvə görüşünün yekununda Bəyannamə qəbul edilib.
 
Bəs bu görüşün əhəmiyyəti nədən ibarətdir?
 
AZXEBER.COM-un bu sualına partiya sədrləri münasibət bildirib.
 

 
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, görüşün sayəsində Azərbaycan liderlik qabiliyyətini bir daha nümayiş etdirdi:
 
"Azərbaycan hər kəsə nümayiş etdirdi ki, bu təşkilata rəhbərlik bizim üçün formal xarakter daşımır. Azərbaycan çətin günlərdə öz liderlik qabiliyyətini nümayiş etdirdi. Ölkələrin pandemiya ilə əməkdaşlıq və humanist yanaşma ilə məhz bu problemin həllinə nail ola biləcəkləri nümayiş etdirdi. Burada mən bir neçə məqamı xüsusi qeyd etmək istərdim ki, Azərbaycan, Afrika, Latın Amerika ölkələrinə dəstək üçün beynəlxalq səhiyyə təşkilatı müəyyən miqdarda maliyyə ayırdı".
 
Asim Mollazadə deyib ki, görüş dünyada görüş dünyada geniş əks-səda doğurub: "Azərbaycanın pandemiya dövründə insan amilini, insanların sağlamlığını üstün tutaraq bir sıra addımlar atdı. İnsanların sağlamlığı ilə yanaşı, aztəminatlı ailələrin sosial müdafiəsi ilə bağlı ciddi addımlar atdı. Azərbaycanın təcrübəsi bir sıra ölkələr üçün mühüm xarakter daşıyır. Bununla yanaşı ən əsas amil həmrəylik, əməkdaşlıq və bütün təşkilata daxil olan ölkələri birgə fəaliyyət göstərərək bir-birilərinə dəstək olmağa çağırdı. Düşünürəm ki, bu dünyada çox ciddi əks-səda doğurdu və dünya ölkələri Azərbaycanın fəaliyyətinə yüksək qiymət verdi".

Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı də görüşün əhəmiyyətindən danışıb: 
 

"Ölkə prezidentinin bir neçə gün bundan öncə Qoşulmama Hərəkatının təmas qrupunun iştirakı ilə keçirmiş olduğu yüksək səviyyəli görüş bir sıra cəhətlərinə görə diqqəti cəlb etdi. Prezident Qoşulmama hərəkatının qlobal xarakter daşıyan və daha geniş coğrafiyanı əhatə edən görüşündə niyyətini ortaya qoydu və öz hədəfinə çatdı.
 
Ölkə prezidentinin atmış olduğu addımlar onun qlobal düşüncə sahibi olduğunu və qlobal xarakterli məsələlərin həllində söz sahibi kimi böyük peşəkarlığını nümayiş etdirdi.
 
40 ölkənin iştirak etdiyi təmas qrupu 120 ölkənin iradəsini ifadə edirdi. Liderlər koronavirusa qarşı birgə mübarizə aparıb bu böyük bəladan xilas olmağın yollarını aradılar. Ölkə prezidenti Ümumdüny Səhiyyə Təşkilatına daha 5 milyon dollar ayırdı və imkanı zəif olan ölkələrdə koronavirusla mübarizəyə sərf olunmasını istədi.
 
Ölkə prezidenti bir tərəfdən təşkilatçılıq baxımından özünün qlobal səviyyəli lider olduğunu ortaya qoydu, digər tərəfdən təşkilati cəhətdən bunu həll etməklə yüksək səviyyəli spiker kimi istedadını nümayiş etdirdi.
 
Koronavirus pandemiyası zamanı hər kəs öz ölkəsi daxilində problemin həllinə çalışırdı. Avropa İtifaqı beynəlxalq bir təşkilat kimi iflic vəziyyətə düşərək nə etməli olduqlarını bilmədilər. Görünən budur ki, onların liderləri bizim ölkə prezidentinin malik olduğu keyfiyyətlərə sahib deyillər.
 
Digər beynəlxalq təkilatlar da susqun vəziyyətdədirlər. Və təəssüfedici hallardan da biri budur ki, Azərbaycanın da daxil olduğu MDB ölkələrinin zirvə toplantısı da bu səbəbdən keçirilmədi. Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər təşkilatlardan da səs çıxmır. Azərbaycanı ən ədalətsiz, haqsız ittihamlarla, gündəliyə gələn qətnamələrlə onlar vaxtaşırı çıxış edirdilər. Yol göstərməyə cəhd edirdilər. Halbuki Azərbaycan indi bu çətin pandemiya dövründə özünün yüksək peşakarlığını göstərməklə yanaşı, öklə olaraq üzərinə düşən məsuliyyəti dərk edərək dünyaya ciddi nümunələr verdi. Bunlardan da biri Qoşulmama Hərəkatını Zirvə toplantısı idi".
 
Günel Hüseynli,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ci işlər naziri Ceyhun Bayramov və Qazaxıstan baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu telefon danışığı zamanı Vaşinqton görüşünü müzaki', 'keywords' => 'Azərbaycan, olunub, naziri, xarici, işlər, müzakirə, arasında, əməkdaşlığın, Qazaxıstan, əldə, zamanı, Qazaxıstanın, inkişafına, olduqları, regional, səfərlərin, vurğulayıblar, etdiyini, xidmət, tutan', ), ), ); ?>
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
13:58 14.08.2025
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
13:54 14.08.2025
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
13:47 14.08.2025
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
13:32 14.08.2025
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
Tramp və Putin sabah görüşəcək
13:32 14.08.2025
Tramp və Putin sabah görüşəcək
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
13:31 14.08.2025
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
13:30 14.08.2025
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
13:28 14.08.2025
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
13:23 14.08.2025
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
13:18 14.08.2025
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
12:59 14.08.2025
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
Hollandiyada hava şarı qəzası: Ölən var
12:56 14.08.2025
Hollandiyada hava şarı qəzası: Ölən var
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
12:50 14.08.2025
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
12:49 14.08.2025
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
12:48 14.08.2025
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir
12:41 14.08.2025
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir