“Azərbaycan prezidenti erməni həmkarı ilə görüşə razılıq verib” - İqor Papov

SİYASƏT
15:15 04.11.2013
1535
“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün ilin sonunadək keçirilməsi planlaşdırılır”

“Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşünün ilin sonunadək keçirilməsi planlaşdırılır”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. Həmsədr bu gün Azərbaycan prezidenti ilə keçirdikləri görüşdə müzakirə olunan məsələlərdən birinin də bu olduğunu açıqlayıb.

İ. Popov deyib ki, Azərbaycan prezidenti belə bir görüşün keçirilməsinə razılıq verib: “Həmsədrlər bu gün İrəvana yola düşəcəklər. Orada bu məsələni Ermənistan prezidenti Serj Sarkisyanla müzakirə edəcəyik. Ermənistanda bu məsələ müzakirə olunandan sonra rəsmi bəyanat yayılacaq. Biz ümid edirik ki, görüş ilin sonunadək keçirilə bilər”.

Görüşün hansısa tədbir çərçivəsində planlaşdırılması barədə suala rusiyalı həmsədr “Biz hazırda bunun üzərində işləyirik”, - deyə cavab verib.

OXŞAR XƏBƏRLƏR