Azərbaycan Prezidenti: Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır

Azərbaycan Prezidenti: Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır
SİYASƏT
16:09 16.03.2023
393
2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.
OXŞAR XƏBƏRLƏR