Azərbaycan Prezidenti: “Hadrutun baş planı ilə bağlı bir çox iradlarım olub”

Azərbaycan Prezidenti: “Hadrutun baş planı ilə bağlı bir çox iradlarım olub”
SİYASƏT
12:49 10.10.2021
390
"Biz Hadrutu bərpa edəcəyik. Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik”.

Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu gün artıq Hadrutun bərpası işlərinə start verilib, avtomobil yolunun təməli qoyulub:

"Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, "Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi.

Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Artıq binaların təmiri ilə bağlı ilkin görüntülər var və eyni zamanda, qəsəbədə müşahidə olunan bu səliqəsizlik adamı incidir. Qəsəbəni bu gündə təsəvvür etmək mümkün deyil. Ona görə biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik.

Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
18:08 09.10.2026
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
17:55 09.10.2026
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
17:45 09.10.2026
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
Bu bürclər heç vaxt uğur qazana bilmir
17:35 09.10.2026
Bu bürclər heç vaxt uğur qazana bilmir
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
17:13 09.10.2026
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
17:03 09.10.2026
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
16:54 09.10.2026
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
16:34 09.10.2026
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR