İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı
SİYASƏT
16:39 29.04.2023
317
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfəri aprelin 29-da başa çatıb.

AZXEBER.COM xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezidenti Mehriban Əliyevanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan yola saldılar.
OXŞAR XƏBƏRLƏR