Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti latviyalı həmkarını təbrik etdi
SİYASƏT
18:17 17.11.2017
1008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Raymonds Veyonisə təbrik məktubu ünvanlayıb.
 
AZXEBER.COM xəbər verir ki, təbrik mətnində deyilir:
 
"Hörmətli cənab Prezident,
 
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
 
İnanıram ki, Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
 
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və rifah arzulayıram”.
OXŞAR XƏBƏRLƏR