Azərbaycan Prezidenti: Qırğızıstanla əlaqələrimiz qardaşlıq əsasındadır

SİYASƏT
21:41 06.06.2024
201
Qırğızıstanla bizim əlaqələrimiz qardaşlıq əsasındadır. Mənim Qırğızıstana dövlət səfərim çərçivəsində çox önəmli qərarlar qəbul edildi. Biz indi çox genişmiqyaslı əməkdaşlıq edirik.

Bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.

"Bilirsiniz ki, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradıldı. Qırğızıstan Prezidenti öz təşəbbüsü ilə Ağdam rayonunda bir məktəbin tikintisinə də dəstək göstərdi və onun təməlini biz birlikdə qoymuşuq.

Bütün bunlar qardaşlıq təzahürləridir”, - dövlət başçısı əlavə edib.
OXŞAR XƏBƏRLƏR