Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev telefonla danışığı zamanı Rusiyanın Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı verib.
AZXEBER.COM-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirib.