Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərncamında bir neçə tanınmış şəxsin adı da var.
APA-nın məlumatına görə, əfv sərəncamı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” vətəndaş hərəkatının idarə heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil olunub.
Qeyd edək ki, Azərbaycan prezidentiİlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə 79 məhkum azadlığa buraxılacaq.