Azərbaycan prezidentinin Malayziya baş naziri ilə təkbətək görüşü olub

SİYASƏT
11:00 12.09.2014
881
Azərbaycan prezidenti İlham Əliyevin və Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub.
APA – nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Görüşdə Malayziya baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb, ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Söhbət əsnasında həmçinin ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR