Moskva və Soçidə 6-12 noyabr tarixlərində Qara Dəniz Gənclər Forumu keçirilir.
AZXEBER.COM xəbər verir ki, forum Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurası Müstəqil Dövlətlər Birliyi İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi ilə birgə baş tutub.Dünən Rusiya-Almaniya evində Qara dəniz gənclər forumu iştirakçılarının Rusiya gənclər təşkilatlarının təmsilçiləri ilə görüşü keçirilib. Görüşün mövzusu - 2014-2015-ci illərdə birgə beynəlxalq layihələr olub.Xüsusi olaraq, MDB və Avropa İttifaqı ölkələrindən ən güclü və böyük gənclər təşkilatları dəvət olunub. Xarici iştirakçılar arasında bu gənclər təşkilatlarının 25-dən çox təmsilçisi olub ki, bunlar Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB), “Avropada gənclər ekologiya naminə” beynəlxalq gənclər təşkilatı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Assambleyası, Bolqar Gənclər Forumu, Bolqarıstanın Milli Gənclər Forumu, Demokratik Dəyişikliklər İnstitutu (Gürcüstan), “Həmrəylik” beynəlxalq qadınlar assosiasiyası (Gürcüstan), Gürcüstan Gənclər Təşkilatları Milli Şurası, Moldova Respublikası Gənclər Təşkilatları Milli Şurası, “Moldova skautları” gənclər təşkilatı, “Adalya Youth Club” (Türkiyə), Ukrayna Gənclər Forumu, Ermənistan gənclər proqramının reallaşdırılması Mərkəzi, Ermənistan Milli Gənclər Şurasıdır.Forum Moldova Respublikası gənclər təşkilatları Milli Şurası tərəfindən 2012-ci ildə başladılmış layihənin məntiqi davamı olacaq. Layihə bütün maraqlı tərəflərin (dövlət strukturları, milli və regional QKT-lər) Qara Dəniz regionunda əməkdaşlığın davamı və inkişafı barədə təşəbbüs göstərməsi ilə nəticələnib.Soçidə forum “Zelyonaya Roşa” sanatoriyasında keçiriləcək.Bu gün Qara Dəniz Gənclər Forumunun açılışı və regionda uzunmüddətli müsbət əməkdaşlığın yaradılmasında gənclər təşkilatlarının rolu barədə araşdırmanın təqdimatı keçiriləcək. Forumun ekspertləri və qonaqları Soçi şəhər Administrasiyası gənclər siyasəti idarəsinin rəhbəri Andrey Bezrodnov, Rus coğrafiya cəmiyyətinin Krasnodar regional şöbəsinin sədri, Apşeronski rayon bələdiyyə təşkilatı şurasının deputatı İvan Çayka, Təhsil sisteminin inkişafı Fondunun direktor müavini, Gənclər fəaliyyətdə proqramı Milli Agentliyinin (Polşa) rəhbəri Tomak Bratek, Milli Şuranın sədri Qriqoriy Petuşkov olacaq.Forumun keçiriləcəyi 4 iş günü ərzində layihənin həyata keçirildiyi bir ildə əldə olunan nəticə müzakirə olunacaq, Qara dəniz regionunda gənclərin mobilliyi, qeyri-rəsmi təhsilin keyfiyyətinin yaxşılaşdırılması, mədəniyyətlərarası ünsiyyətin problemləri və imkanları barədə danışılacaq. Forumun yekununda Qara dəniz regionunda gənclər təşkilatlarının daimi fəaliyyət göstərən şəbəkəsinin yaradılması və əməkdaşlıq barədə yekun Memorandum qəbul olunacaq.