İyulun 15-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında ölkəmizin cari ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlərə bir daha nəzər saldı.
Ölkə başçısı bildirdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.
Cənab Prezident ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına diqqət çəkərək, Qoşulmama Hərəkatındakı uğurları xüsusi qeyd etdi. Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər bir il də uzadılması, Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfəsi olaraq bu nüfuzlu qurumun Parlament Şəbəkəsinin yaradılması və Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı mühüm əhəmiyyətə malikdir.
Qlobal əhəmiyyətli tarixi proseslər siyasət adamlarını yenidən kəşf etmək, onların liderlik keyfiyyətlərini aydın görmək üçün geniş imkanlar yaradır. Azərbaycanın zəfəri ilə tamamlanmış Vətən müharibəsinə qədər xalqımız İlham Əliyevi qurucu rəhbər, ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş lider, regionun gələcək inkişafı ilə bağlı aydın hədəfləri olan qətiyyətli siyasi xadim, Azərbaycanın milli maraqlarını hər yerdə qətiyyətlə qorumağı bacaran mahir diplomat kimi tanıyıb rəğbət bəsləyirdi. Vətən müharibəsindəki qələbə isə Ali Baş Komandan İlham Əliyevi bütün dünyada müzəffər sərkərdə kimi şöhrətləndirdi. Son illərin qlobal siyasi prosesləri, Azərbaycan Prezidentinin bu proseslərdə tutduğu mövqe, oynadığı rol, apardığı təhlillər, irəli sürdüyü təşəbbüslər dövlət rəhbərimizin zəmanəsinin ən parlaq liderlərindən olduğunu göstərir. Ən mühümü isə tutduğu müstəqil yolla, sarsılmaz qətiyyətilə bütün təhdid və təzyiqləri dəf etmək əzmini, ölkəmizi böyük hədəflərə doğru apardığını sərgiləyir.
Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müşavirədəki giriş və yekun nitqlərində yer alan məsələlərin ümumiləşdirilmiş ifadəsi olaraq, ölkə Prezidentinin düşünülmüş və məqsədyönlü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ölkəmizin hər bir məsələnin milli maraqlarımıza uyğun şəkildə çözülməsini təmin edir. "Azərbaycan dövləti hər zaman bəyan edir ki, 28 il heç bir nəticə hasil etməyən ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu fikrin həqiqiliyini əsaslandırmaq üçün Minsk qrupunun həmsədr dövlətləri arasında münasibətlərin hazırkı səviyyəsinə diqqət yetirmək kifayətdir. Bir-birinə qarşı etimadsızlıq mühitinin hökm sürdüyü quruma üzv dövlətlərdən artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsi ilə bağlı hər hansı konstruktiv təklif gözləmək ən yumşaq formada ifadə etməli olsaq sadəlövhlük olardı. Artıq çözülmüş məsələnin hansı həllindən söhbət gedir ki, ATƏT-in Minsk qrupuna ehtiyac olsun? Bütün bunlar bir daha açıq-aydın göstərir ki, Ermənistan sülh müqaviləsi ilə bağlı konkret addımlar atmalıdır.”
Naftalan şəhər sakini Kəmalə Hüseynova