Azərbaycan qazının Avropaya ixracının vaxtı müəyyənləşdirildi

MARAQLI
20:28 12.12.2011
1686

Azərbaycan qazının Avropaya ixracı marşrutu 2012-ci ilin birinci rübündə müəyyən oluna bilər

Azərbaycan qazının Avropaya ixracı marşrutunun seçimi ilə bağlı qərarın qəbulu 2012-ci ilin birinci rübünədək uzana bilər. AZXEBER.CO-un verdiyi məlumata görə, bu barədə Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev bildirib.Onun sözlərinə görə, marşrutlarla bağlı təqdim olunan təkliflərə diqqətlə baxılır və öyrənilir."İlin sonunadək marşrutun seçimi ilə bağlı qərarın qəbulu məqsədi qoyulmamışdı. Əgər ilin sonunadək qərar qəbul edilməsə, onda bu proses gələn ilin birinci rübündə başa çatacaq". ARDNŞ prezidenti «Nabucco» layihəsinin reallaşmayacağı və artıq aktual olmaması barədə proqnozları da təkzib edib: “Mən bilmirəm, bu proqnozu nəyə əsasən verirlər. “Nabucco” layihəsi TAP və ITGI layihələri ilə bir yerdə baxılmaq mərhələsindədir”. Sitatın sonu

OXŞAR XƏBƏRLƏR