Azərbaycan Qran-prisində "Formula-1" rekordu qeydə alınıb

Azərbaycan Qran-prisində "Formula-1" rekordu qeydə alınıb
İDMAN
19:53 20.09.2025
214
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin təsnifat mərhələsində çempionatın rekordu müəyyənləşib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə sıralama sessiyası altı dəfə qırmızı bayraqlarla dayandırılıb.

Qırmızı bayraqlar Aleks Albon, Niko Hülkenberq, Franko Kolapinto, Oliver Berman, Şarl Lekler və Oskar Piastrinin iştirak etdiyi ardıcıl qəzalardan sonra görünüb.

Xatırladaq ki, dördqat dünya çempionu, "Red Bull" komandasının pilotu Maks Ferstappen Bakıda təsnifat mərhələsinin qalibi olub.
OXŞAR XƏBƏRLƏR