“Azərbaycan real qol şansı yarada bilmədi” - Litva millisinin baş məşqçisi

“Azərbaycan real qol şansı yarada bilmədi” - Litva millisinin baş məşqçisi
İDMAN
22:35 25.03.2019
4149
"Mübarizəli oyun getdi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik.  Oyuna ciddi hazırlaşmışdıq”. 

AZXEBER.COM  Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən 51 yaşlı Litva milli komandasının baş məşqçisi Valdas Urbonas deyib:

"Daha çox müdafiə planında fəaliyyətimiz məni narahat edirdi. Ancaq rəqibin təzyiqinə tab gətirə bildik. Birinci hissədə yaxşı oynadıq, ikinci hissədə isə Azərbaycan yaxşı oyun sərgilədi. Ancaq rəqib komanda real qol şansı yarada bilmədi. Nəticə oyuna görə oldu. Ümumilikdə komandanın oyunundan razı qaldım”. 

- Yəqin ki, razılığınız qol buraxmadığınıza görədir. 
- Azərbaycan güclü, texnikalı futbolçulardan təşkil olunub. Belə komanda ilə oyunda müdafiəyə diqqət yetirmək vacibdir. İlk hissədə pressinq sayəsində buna imkan verməməyə çalışdıq. Əlbəttə, biz də hücumlar qurmaq istəyirdik. 

- Bu görüşdən əvvəl Lüksemburqa məğlub olmuşdunuz. Sizcə, hansı komanda daha güclüdür?
- Bu iki oyunu müqayisə etmək istəmirəm. Biri rəsmi, biri yoxlama matçı idi. O qədər də uğurlu təqvim deyildi. Daha yaxşı olardı ki, əvvəlcə yoldaşlıq oyunu keçirərdik. Azərbaycan millisi Xorvatiyaya qarşı yaxşı oyun sərgiləmişdi. Həmin matçda müdafiədən çıxış etdilər, bu gün isə topa yiyələndilər. Top səndə olanda daha çox yaradıcılıq olur. Bu oyunlardan qalibiyyətlə ayrılmaq istəyirdim. 

- Azərbaycan millisinin güclü tərəflərini dediniz, bəs zəif cəhətləri hansı idi?
- Mən gördüklərimi demişəm. Azərbaycan millisinin yaxşı futbolçuları var. Amma komandanın oyununu təhlil etmək düzgün olmaz. Bu gün bir daha əmin oldum ki, komandanın təcrübəli futbolçuları var. Qarşılaşma üçün Azərbaycan milli komandasına təşəkkür edirəm.

Qeyd edək ki, Litva yığması yoldaşlıq oyunları çərçivəsində səfərdə millimizlə qolsuz heç-heçə edib
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR