"Azərbaycan regional oyunçudan qlobal miqyaslı siyasi oyunçuya çevrilir" - Politoloq

"Azərbaycan regional oyunçudan qlobal miqyaslı siyasi oyunçuya çevrilir" - Politoloq
SİYASƏT
14:49 07.05.2020
1237
 
Xəbər verdiyimiz kimi, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
 
40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçısına olan inamın, etibarın və etimadın göstəricisidir.

Politoloq Qabil Hüseynli AZXEBER.COM-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü ölkə başçısının yüksək məharətə, təşkilatçılığa və qlobal liderlik keyfiyyətinə malik olduğunu bir daha göstərdi: 
 

 
O bildirib ki, BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı nüfuzlu təşkilatdır: "Azərbaycan təşkilatın rəhbəri, Prezident isə sədridir. Ölkə başçısının təşəbbüsü ilə bundan əvvəl də videokonfrans formatında Zirvə görüşü keçirilmişdi. Belə ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunmuşdu. Lakin budəfəki təşəbbüs daha geniş miqyaslı idi. Çünki Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr "COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatlı Zirvə görüşünə qatıldılar”.
 
Qabil Hüseynli görüşün əhəmiyyətindən danışıb: "Bunun strateji əhəmiyyəti həm Azərbaycan, həm də Qoşulmama Hərəkatının özü üçün çox böyükdür. Əvvəla Qoşulmama Hərəkatı bir neçə beynəlxalq təşkilatlarla birlikdə koronavirusla mübarizəyə qarşı olduqca əhəmiyyətli konfrans keçirdi.
 
Konfrans zamanı çox geniş polemikalar, çıxışlar oldu. BMT baş katibinin konfransa video müraciətlə qatılması, Avropa Birliyinin nümayəndəsinin bu prosesdə iştirakı Qoşulmama Hərəkatında bir ilk oldu. Bununla da Qoşulmama Hərəkatının əhatə dairəsi daha da genişləndi.
 
Azərbaycan koronavirusla mübarizədə olduqca effektiv qərarlar verdi. Dünya Səhiyyə Təşkilatı başda olmaqla Azərbaycanın virusa qarşı tədbirləri hər kəs tərəfindən bəyənilib. Təmas qrupunun və beynəlxalq təşkilatların iştirakı ilə bu təcrübə bütün detalları ilə telekonfrans iştirakçılarına çatdırıldı".
 
Politoloq deyib ki, İlham Əliyevin təşəbbüsü birmənalı şəkildə bəyənilib:
 
"Cənab İlham Əliyev tərəfindən yeni təşəbbüslər irəli sürüldü. Prezident təklif etdi ki, Qoşulmama Hərəkatı ilə BMT arasında olan əlaqələri daha da möhkəmləndirmək üçün Baş Məclisin yalnız Qoşulmama Hərəkatı üzvlərindən ibarət sessiyası keçirilsin. Çünki Hərəkatın 120 üzvü var və bu BMT Baş Məclisinin 2/3 hissəsini təşkil edir. Təklif dərhal bəyənildi və bununla bağlı işçi qrupları yaradıldı. Avropa İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar da belə bir tədbiri həyata keçirdiyi üçün prezident İlham Əliyevə təşəkkür etdi. Azərbaycan bu proseslərdə göstərdi ki, yetərincə təcrübəyə sahibdir. Bir daha təsdiq olundu ki, Azərbaycan çox düzgün, beynəlxalq hüquq normalarına uyğun olan xarici siyasət həyata keçirir. Mən deyərdim ki, bu siyasət onu regional oyunçudan qlobal miqyaslı siyasi oyunçuya çevirir".
 
Mələk Cabbar,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb