Azərbaycan Rusiya münasibətləri: yeni mərhələ

Azərbaycan Rusiya münasibətləri: yeni mərhələ
SİYASƏT
10:57 25.02.2022
575
Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq aləmə inteqrasiya fonunda öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan kimi dövlətin müstəqil xarici siyasət kursunun müəyyən edilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və nüfuzlu qurumların üzvü olmaq zəruri məsələlərdən idi. Buna görə də ilk növbədə respublikamızın müstəqil bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli idi. Bütün bunlar Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində öz həllini yüksək səviyyədə tapdı.

Hazırda Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Bundan yetərincə yararlanaraq, qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edir, beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini daha da möhkəmləndirir.

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinn " Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik haqqında” Bəyannamə imzalayıblar. Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri uğurlu əsaslara söykənir.

Bu gün ölkəmiz öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Həmçinin, Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir.

O cümlədən, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması dövlət başçımızın prioritet hesab etdiyi sahələrdəndir. Vətən Müharibəsində tarixi zəfər qazanılmasında bu amil böyük rol oynayıb.

Dövlət başçısı 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: "Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”.

Azərbaycan Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir. Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə Prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri var.

Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmək deməkdir. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.

Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir. Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir

Əminliklə demək olar ki, Azərbaycan bundan sonra da bütün sahələr üzrə inkişafını davam etdirəcək. Çünki ölkəmiz müstəqil siyasət yeridir, heç bir dövlətdən asılı deyil və kimsənin də diktəsi ilə hərəkət etmir. Ən əsası isə ölkədə "xalq-iqtidar” birliyi var. Məhz buna görə də xalqımız gələcəyə çox böyük nikbinliklə baxır.

Naftalan şəhər sakini Şahmar Ədilov
OXŞAR XƏBƏRLƏR