Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün vaxtı məlum oldu

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün vaxtı məlum oldu
SİYASƏT
16:38 11.10.2021
371
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.

Görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.

Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.

Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.

Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.
 
///Report
OXŞAR XƏBƏRLƏR