Azərbaycan şahmatçıları ermənilərə qalib gəldi

İDMAN
00:50 28.10.2011
1593

Türkiyənin Kocaeli şəhərində yeniyetmələr arasında şahmat Olimpiadasının altıncı turunda Azərbaycan millisi erməniləri məğlub edib. Qarşılaşma yığmamızın 2,5:1,5 hesablı üstünlüyü ilə başa çatıb. Görüşlərin nəticələri: Nicat Abbasov-Karen Qriqoryan - heç-heçə Ülvi Bacarani-Ovanes Qabuzyan - heç-heçə Kənan İzzət-Tiqran Arutunyan - heç-heçə Misrəddin İsgəndərov-Armen Mikaelyan-1:0. Bu qələbədən sonra şahmatçılarımız xallarının sayını 15,5-ə çatdırıblar. Millimizi Ermənistan (17,5 xal), Rusiya (17) və İran (16) yığmalarından geri qalır. Yeniyetmə şahmatçılarımız yeddinci turda gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaqlar.

OXŞAR XƏBƏRLƏR