Azərbaycan şahmatçısı liderlər qrupunda

İDMAN
21:20 03.08.2024
174
Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında rapid və blits üzrə dünya çempionatı keçirilir.

AZXEBER.COM  İdman.biz-ə istinadən xəbər verir ki, azərbaycanlı şahmatçı Ayan Allahverdiyeva rapiddə 6 turdan sonra liderlər qrupunda yer alıb.

O, 20 yaşadək şahmatçılar arasında 4,5 xalla 3-cü pillədə qərarlaşıb. Xəzər Babazadə isə 3,5 xalla 14-cüdür. Sabah rapiddə son 3 tur baş tutacaq.

Qeyd edək ki, yarışın sonuncu günündə şahmatçılar blitsdə üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR