Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu

Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
İDMAN
23:13 02.03.2026
168
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

AZXEBER.COM xəbər verir ki, A qrupunda yer alan yığma doğma meydanda Şimali Makedoniya kollektivini qəbul edib. Bakı İdman Sarayında keçirilən qarşılaşma rəqibin 78:70 hesablı qələbəsi ilə bitib.

Bu komandalar arasında ilk görüş rəqibin 87:49 hesablı üstünlüyü ilə yekunlaşıb. Bundan başqa, Azərbaycan millisi əvvəlki matçlarda Lüksemburqa (90:95) məğlub olub, İrlandiyaya (76:75) isə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR