Azərbaycan səfirliyi Ukraynadakı hadisələrlə bağlı bəyanat yaydı

SİYASƏT
17:27 26.02.2014
1218
Ukraynada fəaliyyət göstərən heç bir Azərbaycan diaspor təşkilatı 2013-cü ilin noyabr ayından başlayaraq bu günədək Kiyevin Müstəqillik Meydanında davam edən etiraz aksiyalarında xalqın tələbinə zidd olan bəyanatlar verməyib, hakimiyyət tərəfindən edilən zorakılığı dəstəkləməyib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir:
“Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” (BUAK) ictimai təşkilatının sədri Rövşən Tağıyevin bəyanatında Ukraynanın eks-prezidenti Viktor Yanukoviçi dəstəklədiyi, lakin sonradan mövqeyini dəyişdirdiyi barədə bir sıra Ukrayna xəbər portallarında getmiş yazılarla əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi bildirir ki, əksinə, Ukraynadakı Azərbaycan icmasının nümayəndələri meydan hərəkatının ilk günlərindən xalqın sıralarında olub, Müstəqillik Meydanında xəsarət alanların arasında Ukrayna vətəndaşları olan azərbaycanlılar da var.
“BUAK” ictimai təşkilatının sədri Rövşən Tağıyevə gəldikdə isə, qeyd etmək lazımdır ki, onun həmin bəyanatında və “Ukrayna Millətlər Assambleyası” təşkilatının sədri kimi əvvəlki müsahibələrində xalqın tələblərinə dəstək ifadə olunub, hakimiyyət tərəfindən güc tətbiq edilməsinin yolverilməzliyi vurğulanıb”.
Buna görə də səfirlik bu məsələ ilə bağlı müxtəlif xəbər portallarında gedən məlumatın həqiqəti əks etdirmədiyini və qərəzli xarakter daşıdığını bəyan edir”.

OXŞAR XƏBƏRLƏR