"Azərbaycan sərmayədarları Həştərxan vilayətində zavodların tikintisində fəal iştirak edirlər" - Lavrov

"Azərbaycan sərmayədarları Həştərxan vilayətində zavodların tikintisində fəal iştirak edirlər" - Lavrov
SİYASƏT
14:03 27.10.2017
1458

"İran və Azərbaycan sərmayədarları Həştərxan vilayətinin "Lotos" xüsusi iqtisadi zonasında (XİZ) zavodların tikintisində fəal iştirak edirlər." 

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov XİN yanında Subyektlərin Başçıları Şurasının iclasında deyib.

"Rusiya regionlarının Xəzər ölkələri ilə dialoqu geniş ticarət-iqtisadi əlaqələrinə əsaslanır. Regionlar bütün imkanlardan istifadə edərək investisiya əməkdaşlığı üçün əlverişli şəraitin yaradılması üzrə məqsədyönlü iş aparır" - S.Lavrov bildirib.

//Report
OXŞAR XƏBƏRLƏR