21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avro-2025-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyunu üçün hakim təyinatları açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Referi Georgi Davidov olacaq. Ona yan xətt hakimləri qismində Georgi Doynov və Miroslav Maksimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristian Kolev yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 12-də F qrupu çərçivəsində "Azersun Arena"da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu saat 18:00-da başlayacaq.