Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Girnə şəhərində tədbir keçirib - FOTOLAR

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Girnə şəhərində tədbir keçirib - FOTOLAR
SOSİAL
13:32 03.02.2025
321
Fevralın 1-də Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) Dostluq Cəmiyyətinin Girnə şəhərindəki Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzində təşkil olunan tədbirində ŞKTR-nin Prezidenti Ərsin Tatar, Türkiyənin ŞKTR-dəki səfiri Yasin Əkrəm Sərin, Azərbaycan Milli Məclisinin deputatları - Anar İsgəndərov, Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və digər qonaqlar iştirak ediblər.

AZXEBER.COM xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Qonaqları salamlayan Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu Azərbaycanla Şimali Kipr arasında əlaqələrin hər keçən gün daha da inkişaf etdiyini vurğulayıb, ŞKTR-nin prezidenti Ərsin Tatarın mərkəzi dəfələrlə ziyarət etdiyini diqqətə çatdırıb: "ŞKTR-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində daxil olması türk respublikaları ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid yaradır. Biz bu günə qədər Qarabağın işğal faktına yönəlmiş tədbirlər keçirir, uğradığımız haqsızlıqları dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirdik. Rəşadətli ordumuz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxillik işğalı sonlandırdıqdan sonra diqqətimizi türk dünyasının başqa bir yarasına - Kipr yarasına yönəldirik. Bütün səylərimizi birləşdirərək Şimali Kipr Türk Respublikasına qarşı haqsızlıqları dünyaya çatdırmağa davam edirik. Biz Türk respublikalarından başlayaraq bütün dünyada ŞKTR-nin varlığının qəbul etdiriləcəyinə ümid bəsləyirik. Arzu edirik ki, bir gün Azərbaycanın da burada səfirliyi olsun”.

Türkiyənin ŞKTR-dəki səfiri Yasin Əkrəm Sərin ölkəsinin ŞKTR ilə münasibətləri barədə danışıb. ŞKTR-nin TDT-də müşahidəçi qismində təmsil olunmasının əhəmiyyətini qeyd edən səfir Azərbaycan Prezidenti İlham Əliyevin "Kiprli qardaşlarımızın yanında olacağıq" açıqlamasını xatırladıb, onun qətiyyətli siyasətinin önəmindən bəhs edib.

Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar çıxışına qonaqları salamlayaraq başlayıb. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Avropada məskunlaşmış türkləri ölkədə görməkdən məmnunluq duyduğunu dilə gətirən prezident qeyd olunan ölkələrlə münasibətlərin qurulması və inkişafı üçün diplomatik təmasların davam etdirildiyini bildirib. O, Kiprdə ikidövlətli həll istiqamətində addımlar atıldığını diqqətə çatdırıb. Prezident türk dünyasında əlifba və dil birliyinin möhkəmlənməsi ilə gələcək nəsillərin iqtisadi, ticarət, mədəni və milli bağlarının inkişaf edəcəyinə inandığını vurğulayıb.

Tədbirdən sonra qonaqlar Şimali Kiprin abidələrini və görməli məkanlarını ziyarət ediblər.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb