Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 47-ci il dönümünə həsr olunan mətbuat konfransında bəzi açıqlamalar verib.
AZXEBER.COM BAKU.WS-' istinadən xəbər verir ki, qardaş ölkənin cumhurbaşqanı Şimali Kiprə səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Azərbaycan və Şimali Kipr Türk Respublikalarının parlamentlərarası əməkdaşlığa qərar verdiyini digər ölkələrdən də yüksək səviyyəli təmasların gözlənildiyini vurğulayıb.
"Biz dünyanın müxtəlif ölkələri ilə, xüsusilə də Azərbaycanla bu cür təmasların yüksək səviyyədə qurulmasına çalışırıq. Bunları davam etdirəcəyik. Haradakı əziyyət çəkən ölkələr var onlar üçün də bu işləri görəcəyik. Belə ölkələrdən biri Kosovadır. Bu ölkəni tanıyanların sayı artsın deyə əlimizdən gələni edəcəyik. Hazırda 114 olan sayı artıracağıq. Buna görə də bu il BMT Baş Məclisində Co Baydenlə bu məsələni müzakirə edəcəyik. Kosovanın tanınması üçün ortaq layihələr həyata keçirməli olduğumuzu ona bildirəcəm”.