Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib

İQTİSADİYYAT
15:13 31.10.2024
236

Azərbaycanın aparıcı qida və distribusiya şirkətlərindən biri olan Avrora Qrup dünyanın ən məşhur qida sərgilərindən biri kimi tanınan "SIAL Paris 2024” qida sərgisində öz stendi ilə çıxış edib.

 

AZXEBER.COM xəbər verir ki, sərgidə şirkətin istehsal etdiyi - "Bizon”, "Kreki”, "Harika”, "Tanelli”, "Berg Glucose”, "Sladena”, distribusiyasını həyata keçirdiyi "İstisu” mineral suları və digər məhsullar müxtəlif ölkələrdən gələn qonaqlara nümayiş etdirilib.


Avrora Qrup bu böyük qida sərgisi platformasında müxtəlif ölkələrdən olan partnyorları ilə görüşmüş və yeni layihələri müzakirə etmişdir. Bundan başqa şirkət həmçinin yeni potensial müştərilərlə danışıqlara başlamış və öz ixrac coğrafiyasını genişləndirmə imkanlarını dəyərləndirmişdir.


Məlumat üçün bildirək ki, "SIAL Paris 2024” sərgisində 200-dən çox ölkədən gələn təxminən 285000 ziyarətçi, 7500 sərgi iştirakçısı iştirak edib.

Sərgi zamanı müxtəlif qida yenilikləri və tendensiyaları sərgi iştirakçılarına təqdim edilib.


Qeyd edək ki, 1964-cü ildən etibarən keçirilən SIAL sərgisi qida və içki sənayesində ən son tendensiyaları, texnologiyaları və biznes imkanlarını kəşf etmək üçün qlobal mərkəz rolunu oynayır. Sərgi iştirakçılarının 73%-nin Fransadan kənardan gəlməsi beynəlxalq bazarları araşdırmaq və məhsulları qida innovasiyalarının önündə yerləşdirmək üçün əla fürsətlər yaratmış olur.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir