Azərbaycan şirkəti xaricə yeni təhsil proqramları və modelləri ixrac edəcək

Azərbaycan şirkəti xaricə yeni təhsil proqramları və modelləri ixrac edəcək
SOSİAL
17:23 28.11.2016
2295
İki ilə yaxındır ki, Bakıda fəaliyyət göstərən STEM təhsil mərkəzi məktəblilər tərəfindən böyük rəğbətlə qarşılanır. Mərkəzdə 4-14 yaşlı uşaqlara dərslər, kamplar, master klaslar və müxtəlif proqramlar vasitəsi ilə elm, texnologiya, mühəndisliyi və riyaziyyatı  (STEM- science, technology, engineering, math) əyləncəli və həvəsləndirici şəkildə öyrədilir. STEM kurrikulumu fənlərarası, praktik və tətbiqi dəsrlərdən ibarətdir. Hər dərsin sonunda tələbələr sadə materiallardan mühəndis dizayn prosesinə əəsasən öz raket, gəmi, katapulta, paraşut, körpü, helikopter, göydələn və bu kimi mühəndislik layihələrini hazırlayır, öz robotlarını və kompyuter oyunlarını proqramlaşdırırlar.  Bakıda fəaliyyət göstərən STEM təhsil mərkəzi robotexnologiya, avadanlıq, kimya, mexatronika, mexanika, inşaat, sənaye, ekologiya , dəniz, aerokosmos, elektrik,  mühəndislik  sahələrini  həmçinin elektro oyun dizaynını və proqram təminatını əhatə edir.Ümumilikdə Amerikanın Engineering For Kids kurrikulumumuz 1670 akademik saatdan ibarətdir. 

Müsahibimiz STEM Təhsil Mərkəzinin İcraçı Direktoru Aygül İsmayıllıdır. 

Aygül xanım, STEM təhsil mərkəzi günbəgün daha çox məktəblilər tərəfindən beyənilməkdədir. Sizcə əsas uğur faktorlarınız nədən ibarətdir?
Fikrimcə əsas uğur faktorumuz hər sahəyə fərqli yanaşmamızdır. Əsas üstünlüyümüz fərqli, geniş və rəngarəng praktik kurrikuluma sahib olmağımızdır. Bundan başka, STEM təhsil mərkəzi elm, təhsil və biznes sahəsində olan dərin biliklərin inteqrasiyasından ortaya çıxan bir layihədir. Bəzən kimsə təhsildə biznes ilə məşğul oluram dəməkdən çəkinir, lakin burda çəkiniləcək bir şey yoxdur. Bizim işimizdə elmi, təhsil, kurrikulum kimi komponentlər ilə yanaşı müştəri məmnuniyyəti, proseslərin düzgün idarə olunması, marketinq, müəllimlərin məvaciblərinin performanslarına bağlı olması, davamlı öyrənmək, performans indikatorları, strateji və taktiki planlama kimi komponentlər də vardır ki, bu da biznes idarəçiliyinə aiddir. Digər vacib faktorlardan biri də çox güclü komandanın olmasıdır. STEM təhsil mərkəzi xarici təcrübəyə və təhsilə malik, hazırda, xarici şirkətlərdə çalışan mühəndis mütəxəssislərindən ibarət müşahidə şurası tərəfindən idarə edilir.  Bu mütəxəssislərin arasında elmi dərəcəsi olanlar, tanınmış şirkətlərin mühəndislik qruplarını idarə edənlər də vardır. 

Tədris prosesində fərqlilik nədən ibarətdir? Dərs prosesinin özü və müəllimlər nə ilə fərqlənir?

Dərs prosesi tam praktikdir, tələbələr özləri öz əlləri ilə mühəndisliyin bir neçə sahəsinə aid qurğular hazırlayırlar. Hər bir dərsimiz sual, müzakirə, dizayn, qurmaq, test və təkminləşdirmək kimi 6 hissədən ibarətdir. Məsələn, dərs əgər inşaat mühəndisliyi və körpü qurmaqdırsa, əvvəlcə uşaqlar müzakirə edirlər, dünyada mövcud məşhur körpüləri yada salılar, qədim dövrlərdə körpülər necə olub, körpünün əsas hissələri nələrdir və s.Daha sonra verilmiş tapşırığa və materiallara uyğun körpünün rəsmini və proeksiyasını çəkirlər. Bundan sonra körpünü qururlar və yük götürmə qabiliyyətini test edirlər. Hər testdən sonra öz körpülərini təkminləşdirib onu ideal hala gətirirlər.   
Bir sözlə uşaq dərs vaxtı daim dinamikdir, hərəkət edir, parta arxasında oturmur  və əylənir. Bundan əlavə müəllimlərimizin artistik və idarə etmə qabiliyyətinin olması, hər birinin azərbaycan, rus və ingiliscə danışa bilməsi də çox vacibdir. Bizim müəllimlər uşaq ilə mahnı da oxuya bilər, yerdə də oturub izah edə bilər, dərsin mövzusuna uyğun müxtəlif maskalar da taxa bilərlər. Bəzəm dərs bitir, amma uşaq müəllimdən ayrılmaq istəmir. Bizim müəllimlər tam fərqli tərzdə dərs izah edir və əslində biz uşaqlara bir müəllim deyil, onlara dost təqdim edirik

Gələn il Azərbaycanlı uşaqları nə ilə sevindirməyi düşünürsünüz? Nə yeniliklər planlayırsınız?

Qeyd etdiyim kimi biz daim bütün layihələrimizi analiz edirik və davamlı inkişaf etməyə çalışırıq. Ən əsas iş  prinsiplərimizdən biri də: mövcud işlərimizdə çatızmazlıqları aradan qaldırmaqdır. Valideynlər ilə daha yaxından maraqlanıb , onların istəklərin öyrənmək və gərəkirsə individual yanaşma tətbiq etməkdir. Əsas yenilik yanvar ayından Amerikanın bir texniki universiteti ilə birgə Robot Texnologiyaları və Kompyuter Akademiyası layihəsi olacaqdır ki, təlimi uğurla keçən və imtahanı verən tələbələrə həmin universitetin sertifikatı veriləcəkdir. Bu akademiya çərçivəsində tələbə əsas dərsi bizim mərkəzdə keçəcək, lakin evdə təkrar etmək üçün də dərs materialları olan rəsmi sayta onlayn girişi olacaqdır. Bundan əlavə məktəbə qədər proqramlarımızı gənişləndirməyi düşünürük.  "Mühəndis Qızlar” kampaniyamızı başlatmaq istəyirik ki, daha çox qız tələbələrimiz olsun, çünkü mühəndislik təkcə oğlanlar üçün deyildir və xaricdə bu hərəkata çox önəm verirlər. Şirkətlər ilə korporativ proqramlarımızı genişləndirəcəyik. İşimizi daha çox böyüdüb  hamıya əl çatan etmək üçün Bakıda təhsil ilə məşğul olan uşaq klublarına, özəl məktəblərə və regionlarda maraqlı olan qurumlara franşıza haqqları verməyi düşünürük.   

Dediniz ki, strateji planlarınız var, əgər sirr deyilsə hədəfləriniz nədən ibarətdir? 

Hədəfimiz yaxın gələcəkdə xarici ölkələrin təhsil mərkəzlərinə yeni hazırladığımız dərs proqramların ixrac etməkdir. "Made in Azerbaijan” brendi altında 8 – 16 yaşlı tələbələr üçün təhsil proqramların hazırlayıb ixrac etməyi planlayırıq. Yani təkcə tədris vermək deyil, eləcə də tədris vəsaitləri tərtib edən şirkətə çevrilməyi hədəfləyirik. Bununla bağlı hazırda çox ciddi işlər gedir, ayrıca araşdırma qrupumuzu da yaratmışıq. İlk olaraq MDB məkanı araşdırılır, çünkü dünyada mövcud olan STEM texnologiyaları bu region üçün hələlik optimallaşmayıb. Baxmayaraq ki, bu regionlar geniş potensiala sahibdir. Araşdırmalarımız onu göstərir ki, MDB məkanında elm və riyaziyyat çox güclü tədris olunur, lakin Texnologiya və Mühəndislik yox dərəcəsindədir. Bununla yanaşı MDB məktəblilərinin idarə etmə, biznes, layihə yazmaq və təqdimat etmək bacarıqları çox zəifdir. Ona görə bu region üçün bizim xüsusi yanaşmamız var, burda biz STEM –in "M”-ni, yani Mathematic – si əvəz edib Management ,”S” - Science çıxararaq onun yerinə "P” – Project əlavə edəcəyik. Onda STEM transfer olur TEMP – Technology, Engineering, Management, Project.  Yeni yanaşmaya uyğun artıq ilk vəsaitlərimiz də hazırdır. Qazaxıstan, Rusiya və Gürcüstandan maraqlanan bir çox şirkətlər dəfələrlə gəlib bizim təhsil mərkəzini ziyarət ediblər.  Biz əminik ki, bizim çox kiçik təhsil mərkəzimiz dünyada mövcud olan STEM mərkəzlərinin ən yaxşılarından biridir və biz bu modeli çox asanlıqla ixrac edəcəyik. 




 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi