"Azərbaycan sonuncu prezident seçkiləri ilə bütün dünyaya demokratik və azad ölkə olduğunu göstərdi"

"Azərbaycan sonuncu prezident seçkiləri ilə bütün dünyaya demokratik və azad ölkə olduğunu göstərdi"
SİYASƏT
21:51 09.07.2018
4756
"Aprel ayında keçirilmiş prezident seçkiləri onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi tərəqqi və inkişaf yolu ilə, inamla irəliyə aparaq".

AZXEBER.COM xəbər verir ki, bunu prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir, bu ölkədə bütün azadlıqlar təmin olunur", - Prezident İlham Əliyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR