Axşam.az-ın məlumatına görə, ATV-nin “10lar” verilişi araşdırma apararaq, ən varlı müğənnini tapmağa çalışıb.Sənətçilər qazandıqları pullardan, onları harada saxladıqlarından danışıblar:Xalq artisti Faiq Ağayev: “O, qədər çox pul qazanmıram ki, onun üçün banka üz tutum. Kim-kimə deyər pulunu harada saxladığını? Biz pullarımızı bankda yox, bankada saxlayırıq”.Xalq artisti Aygün Kazımova: “Heç pulu üst üstə qoya bilirəm ki, onu saxlamağa da yer axtarım?! Əlimə burdan gəlir, ordan göndərirəm layihəyə. Heç qazanmadığım ay olmayıb. Ümumən ay ərzində 30-40 min gəlirim olur. Zənnimcə, ən varlı müğənni İlhamə Quliyevadır”.Əməkdar artist Tünzalə Ağayeva: “İş adamı deyiləm ki, çox pulum olsun, onu saxlamaq üçün banka üz tutum”.Əməkdar artist Ədalət Şükürov: “Əvvəllər pul çox idi, indi o qədər yoxdur. Yaxşı müğənni ayda 30-40 min manat qazanır. Şou-biznesdə məndən də varlıları var. Kimin maşını varsa deyirlər, varlıdır”.Xalq artisti Brilliant Dadaşova: “Pullarımızı nəslimizin qarnında saxlayıram. Mənim heç pulum var ki, saxlamağada yer axtarım? Evimdə cakuzim də yoxdur. Bağımda bir hovuz tikdirə bilmirəm. Halbuki üzməyi çox sevirəm”.Müğənni Xəyyam Nisanov: “Bir az pulum var, onu da bankda saxlayıram. Düşünürəm ki, şou-biznesdə ən varlı müğənni Ədalət Şükürovdur”.Müğənni İradə İbrahimova: “Mən pul qazanmıram. Həyat yoldaşımın pullarını yığıram. Biz müğənnilərin əlinə pul gələn kimi qaçıb maşın alırıq”.Müğənni Natavan Həbibi: “Pullarımı evdə saxlayıram. Hərdən anam çantama pul qoyur ki, bəlkə küçədə nəsə oldu. Pulum nə qədər çox olsa, özümü o qədər yaxşı hiss edirəm. O kart nə qədər cılız görünsə də, əsasdır”.