Fəxrəddin Həsənzadə,Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoruÖlkə Prezidenti cənab İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasındakı çıxışı hər bir sıravi vətəndaşda böyük iftixar və qürur hissi yaşatdığını desək yanılmarıq. Hər şeydən öncə cənab Prezident sessiya iştirakçılarına son 100 ilin tarixini aşıladı və “əli kitablı” demokratıya işartıları altında siyasət yürüdən şəxslərə bir daha sübut etdi ki, Azərbaycanın şərqdə ilk dəfə qadınlara seçki hüququ verməkdən başlayan, bəlli bir demokratiya inkişaf yolu vardır. Cənab prezidentin ölkəmizdə media azadlığı, siyasi institutlaşdırma, dini azadlıq, multikulturalizm mövzusunda verdiyi hər bir cavabın faktlara söykənməsi qətiyətliliyi artırdı və bir daha həmin qurumun üzvü olan ölkələrə nümayiş etdirdik ki, bugünki Azərbaycan 1992-ci ildə "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət edən Azərbaycan deyil. Bu gün ölkəmizin iqtisadi dayanıqlığı günbəgün artır, intelektual potensialımız iqtisadi potensialımızın əsasını təşkil edir, regionda həyata keçirilən bütün genişmiqyaslı layihələr Azərbaycanla hesablaşdırılmadan həyata keçirilmir, bütün partnyorlar Azərbaycana etibarlı tərəfdaş, enerji təhlükəzisliyinin təminatçısı kimi baxır. Hesab edirəm ki, ölkəmizin beynəlxalq statusu BMT-nin qeyri-daimi üzvü seçilən zaman keçirilən səsvermə zamanı lehinə qərar verən ölkələrin sayından aydın sezilir.
Cənab İlham Əliyev Strasburqdakı çıxışı zamanı Dağlıq Qarabağ konflikti ətrafında geniş məruzəsi ilə erməni vandalizmi və cinayətlərini dünya ictimaiyyətinə ifşa etdi. Amma bizi maraqlandıran ən əsas məqam budur ki, niyə Rusiya Krımı ilhaq etdiyini bildirərək Rusiyanı bu qurumda səsvermə hüququndan məhrum edən AŞPA, özünü parlament demokratiyasının mənbəyi hesab edən ATƏT Parlament Assambleyası Ermənistan ilə bağlı heç bir sanksiya qəbul etmir?! BMT-nin 4 qətnaməsi bizim xeyrimizə olan zaman Ermənistan tərəfinin beynəlxalq hüquq, fundamental prinsiplərə məhəl qoymayaraq bütün normaları “iqnor” etməsinə AŞPA, ATƏT kimi beynəlxalq təşkilatlar göz yumur. Ən gülünc hal isə bundan ibarətdir ki, Bakıda keçirilən ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinə təqdim edilən məruzədə Dağlıq Qarabağ münaqişəsinə toxunulmadığı halda 1 milyon qaçqın və məcburi köçkünün gələcəyinə məsuliyyətsiz yanaşan parlament üzvlərinin ölkəmizdə “vassal” prinsipləri çərçivəsində fəaliyyət göstərən, ölkənin milli maraqlarının əleyhinə çalışan şəxslərə barmağımızı belə toxundurmadan dərhal başımızın üstünü alırlar.
Cənab Prezident son sessiyada bir daha sübut etdi ki, Azərbaycan xalqın iradəsi ilə idarə olunur və yalnız bu məfhum ölkəmizin gələcək inkişafını müəyyənləşdirir. Biz gənclər əminik ki, bu siyasətə arxalanmaqla 2001-ci ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə Strasburqda - Avropa Şurasının mənzil-qərargahının qarşısındakı qaldırılan Azərbaycan bayrağını tolerantlıq və dünyəvilik simvoluna çevirəcəyik.