"Azərbaycan sülhü regionun dayanıqlı inkişafı naminə istəyir"

"Azərbaycan sülhü regionun dayanıqlı inkişafı naminə istəyir"
SİYASƏT
09:26 20.06.2022
337
Siyasi ekspert və şərhçilərin qənaətincə Azərbaycan postpandemiya dövrünə əminliklə keçid edən nadir ölkələr sırasındadır. Bir-birini əvəzləyən möhtəşəm tədbirlər - Teknofest 2022, Formula I-Azərbaycan Qranprisi 2022-yə ev sahibliyi etməklə dünyanın nəzərləri gah Bakının səmasına, gah da yollarına dikildi. Siyasi baxışların qara bulud kimi toqquşduğu görüşlər, yerlə göy arasında çarpışmada olan dövlətlərin fonunda Azərbaycan beynəlxalq birliyi qlobal məsələlərin müzakirəsinə dəvət etdi. Eyni sürət və templə iyunun 16-da IX Qlobal Bakı Forumu işə başladı. Mövzusu "Qlobal dünya nizamına təhdidlər” olan forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutdu.

Zərurətdən doğmayan təsadüf yoxdur. Dünya nizamının dağılması ilə nəticələnə biləcək təhdidlərin hökm sürdüyü bir dövrdə 50-dən çox ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə reallaşan forum, əlbəttə ki, yeni yanaşma və konseptlərin işlənib hazırlanmasına töhfəsini verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrildiyini dövlət başçısı qürurla vurğuladı. Forumun açılışında çıxış edən prezident İlham Əliyev qeyd etdi ki, təhlükəsizlik məsələləri beynəlxalq arena və gündəlikdə duran əsas tezisdir. Avropadakı cari vəziyyətlə bağlı açıq müzakirələrin aparılması tələbi, sözsüz ki, rəsmi Bakının mövqeyinin aydın və dəqiq konturlarını şərtləndirir. Azərbaycan prezidentinin "böhran qaçılmazdır və artıq yaxındadır”- ismarıcı beynəlxalq təşkilatları diqqətli olmağa sövq edir. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazarın olmasının vacibliyini vurğulayan dövlət başçısı enerji bazarlarındakı mövcud vəziyyəti proqnozlaşdırmağın çətin olduğunu dilə gətirdi. Bu da öz növbəsində çağdaş Azərbaycanın işıqlı gələcəyinə hesablanan iqtisadiyyatda dayanıqlı inkişaf konsepsiyası və bu sahədə mütəmadi təhlillərin dövlət fəaliyyətində mərkəzi yer tutduğuna dəlalət edir. 
Forumda Azərbaycan ədalətli mövqeyini dahi mütəfəkkir Nizami Gəncəvinin təbirincə sərgilədi: 

"Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!”  

"Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi, ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi” - deyən İlham Əliyev dünya birliyinə bir daha səsləndi ki, indi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır. Azərbaycan sülh və sabitliyi təkcə özü üçün deyil, regionun da inkişafı naminə istəyir. Atılan addımlar isə qarşılıqlı olmalı, hər iki ölkə gələcəkdə ərazi iddialarından çəkinməlidir. Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əməl etməsinin vacibliyinə toxunan dövlət başçısı regional sülhün fundamental elementlərinə də tarixi keçid etdi. Zəngəzur dəhlizi!  "Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.

Bəli, Odlar yurdunun mövqeyi, etnokulturuloji birliyin siyasi-ideoloji üfüqləri gün kimi aydındır! Rəsmi Bakı Ermənistandan da eyni addımları gözləyir. Çünki Azərbaycanla əməkdaşlıq dürüstlük, hünər, cəsarət və iradə istər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan forumla bağlı fikirlərimizə dahi şairin aşağıdakı misraları ilə xitam veririk: "İradəsiz olma, iradəsizlər, ayaqsız qurd kimi yerdə sürünər”. 

Elnura Cavadzadə, Filologiya üzrə elmlər doktoru

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər