Azərbaycan Superkubokunun qalibi nə qədər mükafat qazanacaq?

İDMAN
13:13 15.03.2013
1163

Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsi uzun fasilədən sonra bərpa olunacaq yarışın iştirakçılarına çatacaq məbləği açıqlayıb. 

Belə ki, Superkubok üçün 150 min manat ayrılıb. Topaz Premyer Liqasının qalibi ilə Azərbaycan kubokunun sahibi arasında keçiriləcək matçın qalibi 100 min, məğlub komanda 50 min manat qazanacaq. 

Xaricdə hazırlanan Superkubok artıq Bakıya gətirilib. Əslində, matçın keçirilmə tarixi də məlumdur. Lakin AFFA bu məsələ ilə bağlı yekun qərarı sonra verəcək. 

Belə ki, Superkubokun Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından 1 həftə əvvəl keçirilməsi haqda qərar hələ xeyli əvvəl qəbul olunub. Avrokubokların təqvimi müəyyənləşdiyindən və I təsnifat mərhələsi iyulun 4-də başlayacağından Superkubok iyunun 27-də keçirilməlidir.

OXŞAR XƏBƏRLƏR