Azərbaycan taekvondoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

İDMAN
18:29 20.05.2016
1454
İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 4 taekvondoçusu mübarizəyə qoşulub. "Report"un məlumatına görə, onlardan 2-si kişi, 2-si qadın olub.
53 kq çəki dərəcəsində yer alan qadın taekvondoçulardan biri üçün yarış erkən başa çatıb. Gülhanım Yeşildağ ilk görüşdəcə rusiyalı Tatyana Kudaşovaya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Əvəzində eyni çəkidəki 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya sahibi Patimat Abakarova finala vəsiqə qazanıb. Avropa çempionluğu uğrunda görüşdə onun rəqibi Tatyana Kudaşova olacaq.
Kişilərin mübarizəsində isə Məhəmməd Məmmədov (63 kq) və Ayxan Tağızadə (68 kq) mübarizəni 1/4 finalda dayandırıb.
Avropa çempionatı
Qadınlar
53 kq
1/16 final. Patimat Abakarova - İnese Tarvida ((Latviya) - 3:0
1/8 final. Patimat Abakarova - Draqana Qladoviç (Serbiya) - 6:2
1/4 final. Patimat Abakarova - Despina Pilavaki (Kipr) - 3:1
1/2 final. Patimat Abakarova - Florian Liborio (Fransa) - 4:2
FİNAL. Patimat Abakarova - Tatyana Kudaşova (Rusiya)
1/16 final. Gülhanım Yeşildağ - Tatyana Kudaşova (Rusiya) - 1:3
Kişilər
63 kq
1/16 final. Məhəmməd Məmmədov - Orhan Güler (Türkiyə) - 9:3
1/8 final. Məhəmməd Məmmədov - Sergey Avanesov (Ermənistan) - 3:0
1/4 final. Məhəmməd Məmmədov - Joel Bonilya Qonsales (İspaniya) - 0:1
68 kq
1/16 final. Ayxan Tağızadə - Denis Kulibiks (Latviya) - 14:2
1/8 final. Ayxan Tağızadə - Konstantinos Xamalidisi (Yunanıstan) 6:2,
1/4 final. Ayxan Tağızadə - Sergey Vardazaryan (Ermənistan) - 0:1
OXŞAR XƏBƏRLƏR