Azərbaycan teakvondoçusu beynəlxalq turnirdə qızıl medal qazandı

İDMAN
15:43 17.12.2023
196
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov İordaniyada keçirilən Asia regionu üzrə beynəlxalq Prezident kubokunda qızıl medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, Trend-in Azərbaycan Taekvondo Federasiyasına istinadən verdiyi məlumata görə, 58 kq çəkidə mübarizə aparan idmançı bütün döyüşlərini qələbə ilə başa vurub.

O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi olan cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Q.Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan taekvondoçuları İordaniyada təlim-məşq toplanışının ardınca burada Prezident kubokuna qatılıblar.

OXŞAR XƏBƏRLƏR