Azərbaycan Tehrandan açıqlama gözləyir

Azərbaycan Tehrandan açıqlama gözləyir
SİYASƏT
16:31 10.08.2024
1028
"The Telegraph” nəşri İranla İsrail arasında gərgin münasibətlər fonunda Azərbaycanla bağlı sensasion iddia ilə çıxış edib.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, nəşr yazır ki, iyulun 31-də HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə necə cavab veriləcəyi ilə bağlı İran hakimiyyət dairələri arasında fikir ayrılığı mövcuddur.

"İnqilab Keşikçiləri Korpusunun generalları mülki əhali arasında itkilərin qarşısını almaq üçün əsas diqqəti hərbi bazalara yönəltməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməkdə israr edirlər. Lakin yeni seçilmiş prezident Məsud Pezeşkian İranın qonşu ölkələrindəki gizli İsrail bazalarını hədəf almağı təklif edib", - məqalədə deyilir.

Nəşr xatırladıb ki, daha əvvəl İran İraq Kürdüstanında İsrailin kəşfiyyat agentliyi olan "Mossad”ın "casus bazaları” adlandırdığı yerləri hədəfə alıb.

Prezidentin köməkçiləri "The Telegraph"a bildiriblər ki, SEPAH İsrailə qarşı daha aqressiv cavab tədbirləri görməklə prezident Pezeşkianı sarsıtmağa çalışır.

"Cənab Pezeşkian isə qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər", - deyə prezidentin yaxın köməkçisi bildirib.

"Ölkənin qərb sərhədində keçirilən son təlimlər, sadəcə olaraq, cənab Pezeşkianı qorxutmaq üçündür. SEPAH İsraili hədəf almaqda çox israrlıdır və onlar bunun asan olduğunu düşünürlər", - deyə prezident Məsud Pezeşkianın ikinci köməkçisi "The Telegraph"a deyib.
Köməkçisinin sözlərinə görə, Pezeşkian təklif edib ki, Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlər hədəfə alınsın, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilsin və bütün bu dram bitsin.

"Cənab Pezeşkianın SEPAH komandirlərini nəzarətdən çıxa biləcək hərəkətlərdən qaçmağa inandırmağa çalışdığı uzun və gərgin müzakirələri olub. O, SEPAH-ın ölkəni müharibəyə cəlb etmək məqsədi güddüyünü bilir, ali liderin ofisindəki nüfuzundan istifadə edərək, SEPAH-ın İranı müharibəyə sürükləməsinin qarşısını almağa çalışır", - deyə prezidentin köməkçiləri əlavə ediblər.

SEPAH-ın adı açıqlanmayan rəsmisi də "The Telegraph"a danışıb.

"Qüvvələr daxilində cənab Pezeşkiyanın səylərini necə əngəlləmək barədə müzakirələr aparılıb. Demək olar ki, hər kəs onun israr etdiyi şeyin inqilabın reputasiyasına uyğun olmadığına inanır", - deyə SEPAH rəsmisi bildirib.

İranın yeni prezidenti Pezeşkianın adından səsləndirilən bu iddialar təbii ki, Azərbaycanda müəyyən narahatlıqla qarşılanıb.
Lakin Azərbaycandakı rəsmi mənbələr APA-ya bildirib ki, ölkənin hakimiyyət dairələrində İran prezidentinin adından yayılmış bəyanatın feyk olduğunu düşünürlər.

Azərbaycan tərəfində, ümumiyyətlə, belə bir rəy var ki, bu, feyk və dezinformasiyadır. "Hansısa dairələr İranla Azərbaycan arasında münasibətlərin son vaxtlar normallaşmasından narahat olmağa başlayıb, bu prosesi pozmaq istəyir.
İranın yeni prezidentinin xüsusilə azərbaycanlı olması, Azərbaycana isti münasibət bəsləməsi fonunda ola bilsin ki, İranın daxilində və xaricində bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var.
Yaxşı olardı ki, bu iddialara İran tərəfi münasibət bildirib, təkzib eləsin və şübhələrə son qoysun”, - deyə Azərbaycan hakimiyyətindəki mənbələr bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
21:11 07.10.2026
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
21:06 07.10.2026
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
21:00 07.10.2026
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
20:53 07.10.2026
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
20:49 07.10.2026
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
20:44 07.10.2026
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
20:40 07.10.2026
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:32 07.10.2026
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
20:29 07.10.2026
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Bakıda kişi su pulu üstündə arvadını döydü
20:27 07.10.2026
Bakıda kişi su pulu üstündə arvadını döydü
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı