Azərbaycan təhsilində daha bir şok: şagirdin başını eybəcər formada qırxırlar- VİDEO

Azərbaycan təhsilində daha bir şok: şagirdin başını eybəcər formada qırxırlar-  VİDEO
SOSİAL
10:54 01.04.2016
3164
Tovuzda bir qrup valideyn orta məktəblərin birində məktəbdə müəllimin şagirdlərin saçını qırxdığını iddia edib.
AZXEBER.COM-un məlumatına görə, TTV-nin çəkiliş qrupu məktəbdə olub
Bura yığılan valideynlər və Elşad Tağıyev adına Tovuz rayon Cəlilli kənd tam orta məktəbinin müəllim kollektividir. Onlar müəllimi şagirdə qarşı heç bir təlim tədris qaydalarına sığmayan davranışda ittiham edirlər. Kamera qarşısına keçmək istəməyən valideynlər bildirirlər ki, məktəbin dərs hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxıb. Zeynəb Həsənova isə səslənən ittihamlarla razılaşmır. Rayon Təhsil Şöbəsi məktəbdə yaranan anlaşılmazlıqla bağlı xüsusi komissiya yaradıb. Bizə isə qalır komissiyanın araşdırmalarının yekun nəticəsini gözləmək. Təbii ki, ədalətli qərar təlim-tərbiyə müəssisəsi olan orta məktəblərdə bu kimi xoşagəlməz halların yaranmasının qarşısını alacaq.
OXŞAR XƏBƏRLƏR