Azərbaycan teleməkanında bu da oldu: müğənniyə canlı yayımda elçi gəldilər - FOTO

Azərbaycan teleməkanında bu da oldu: müğənniyə canlı yayımda elçi gəldilər - FOTO
MAQAZİN
12:21 19.12.2017
5114

Dünən Azərbaycan teleməkanında növbəti ilk reallaşıb. Belə ki, canlı yayımda ilk dəfə bir müğənniyə elçi düşüblər. 

AZXEBER.COM Milli.Az-a istinadən xəbər veirr ki, "5/5" verilişinin aparıcısı Zaur Kamal studiada Sevil-Sevinc bacılarına elçi düşən şəxsin olduğunu açıqlayıb. 

Zaur mikrafonu Xaçmaz rayonunun Çarxı kəndindən olan Həcər adlı qırmızı geyimli xanıma uzadıb.

Gözləri dolan qadın verilişdə qonaq olan əkiz bacılardan Sevilə elçi düşdüklərini deyib. 

Zaur: Bir həftədir bu məsələ var. Artıq qızlardan hansıdır o, seçib də. Mən olsaydım, ayıra bilməzdim. 

Sevil: İstilik gəlir e... Bəxtim açıldı, Allah sənə qurban olum (gülür). 

Zaur: Qayınanan səni görür. Nə başlamısan hırhahır?!

 

Sevil: Qayınanam 4 ildir bizi efirlərdən izləyir, bilir bizim xasiyyətimizi.

Dialoq sonrası Zaur "Vallah, düzdür, qurma deyil" deyərək, Sevil ilə ailə qurmaq istəyən şəxsi studiyaya dəvət edib. Adının Həzrət olduğunu deyən şəxs mühafizədə işlədiyini və 28 yaşı olduğunu qeyd edib. Sevilə elçi düşməyinin səbəbini isə "Ürəyimə o yatdı. Özüm kimi sakitdir" fikirləri ilə izah edib.

Zaur "elçilik" rublikasında Həzrətin evini çəkməyə və valideynləri ilə əkizlərin evinə eliçiliyə gedəcəklərini bildirib.

Hər iki tərəf bu təklifə razılıq verib. 

OXŞAR XƏBƏRLƏR