xari

Görkəmli alim, tanınmış təbib vəfat etdi

SAĞLAMLIQ
14:19 25.11.2020
1006

Görkəmli alim, tanınmış təbib, Əməkdar elm xadimi, Azərbaycan Tibb Univer­sitetinin Mikrobiologiya və im­mu­nologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zakir Qarayev ömrünün 79-cu ilində vəfat edib. 

Zakir Ömər oğlu Qarayev 27 noyabr 1941-ci ildə Ermənistan SSR-in (Qərbi Azərbaycan) Dilican mahalının Göyərçin kəndində ana­dan olub. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsini bitirib, 1968-ci ildə Mikrobiologiya və immunologiya kafedra­sında aspirantura təhsili alıb.

Z.Qarayev müxtəlif mikroorqanizmlər (mikromisetlər, QİÇS-in­feksiya virusları), radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirin­dən orqanizmdə baş verən immun çatışmazlıqların və ikincili infek­siyaların for­malaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika təd­birlərinin təkmilləşdirilməsinə nail olub.

Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktoru idi.

 

OXŞAR XƏBƏRLƏR