Azərbaycan TŞ katibi: “Ermənistanda güzəşt limitinin tükəndiyini anlayırlar”

Azərbaycan TŞ katibi: “Ermənistanda güzəşt limitinin tükəndiyini anlayırlar”
SİYASƏT
09:35 14.06.2022
400
"Son həftələr Ermənistan rəsmilərinin müxtəlif müzakirə masalarında və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlarda iştirakı göstərir ki, onlar güzəşt limitinin tükəndiyini anlayırlar”.

AZXEBER.COM-un xəbərinə görə, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.

Ramil Usubov qeyd edib ki, süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur: "Müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb. Digər tərəfdən, sülh danışıqlarına etiraz məqsədilə aksiyalar təşkil edən müxalifətin öz məqsədinə çatmayacağı aydın olunca, onlara qoşulanların sayı getdikcə azalır. Həm də bu mitinqlərdə iştirak edənlərin əksəriyyəti yalnız ölkədəki acınacaqlı sosial duruma etirazlarını bildirirlər. Görünən odur ki, Ermənistan cəmiyyətində sülh danışıqlarına həm istək, həm də dəstək var”.

"Unudulmamalıdır ki, erməni xalqı ötənilki seçkilərdə "müharibə partiyası - hərbi xunta"nı təmsil edən müxalifətə yox, Azərbaycanla danışıqlara başlayacağını bəyan edən hakimiyyət partiyasına etimad göstərdi. Xalq Paşinyana mandatı məhz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün verib, yəni erməni xalqı düşmənçilikdən bezib, çörək, iş və sabitlik istəyir.

Prezident İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik sistemində bütün dövlətlərin və xalqların rifahının qorunacağı, inkişafının təmin ediləcəyi, gələcəyi üçün risklərin olmayacağı Ermənistan əhalisinə yaxşı məlumdur. Qarabağın işğal altında olduğu 28 il ərzində orada olan bərəkətli torpaqlardan, zəngin təbii sərvətlərdən 20-30 hərbi cinayətkardan başqa, erməni xalqı nə xeyir gördü ki?! Qarabağda məskunlaşan, Ermənistanda yaşayan əhalinin sosial vəziyyəti bu illərdə günü-gündən pisləşdi, səfalətə sürükləndi”, - Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

"Ancaq indi onların müqayisə imkanları vardır. 28 il talan edilən, daşı daş üstündə qalmayan ərazilər ötən ilyarımda Qafqazın ən nəhəng inşaat meydanına çevrilib, beynəlxalq hava limanları tikilir, müasir yollar, kilometrlərlə uzanan modern tunellər inşa olunur, "ağıllı kəndlər" salınır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi irs bərpa edilir, bölgənin mədəni-mənəvi inciləri yenidən həyata qayıdır, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar inşa olunur. İşğalın amansız terroruna məruz qalan Şuşada məhz bu himayənin və qayğının nəticəsində indi elə bir həftə yoxdur ki, beynəlxalq tədbir, festival, görüş keçirilməsin”, - R.Usubov qeyd edib.

O, vurğulayıb ki, Qarabağın və Şərqi Zəngəzurun hər qarışında quruculuq, intibah və təhlükəsizlik bərqərar olur: "Orada insanların istifadə edəcəyi bütün infrastrukturların normativləri, əslində, zamanı qabaqlayır və sabahın texnologiyalarına uyğunlaşdırılır.

Bunları Azərbaycan dövləti edir və ermənilərə də deyilir ki, gəlin, bu inkişafın, təhlükəsiz həyatın bir parçasına çevrilin.

Cənab İlham Əliyev bölgədə ədaləti və təhlükəsizliyi təmin etdi. Onun qurucu, yaradıcı missiyası isə Cənubi Qafqazda tərəqqinin və sabitliyin yeganə təminatçısıdır”.

"Qərb ölkələrinin bölgədə həlledici amil kimi dəyərləndirdikləri Azərbaycan və onun qüdrətli Lideri öz uğurlu təşəbbüsləri ilə Avrasiya məkanının enerji, nəqliyyat, logistika təhlükəsizliyini yaradır, mühüm geostrateji əhəmiyyətə malik qlobal layihələrə müəlliflik edir.

İkiəsrlik münaqişəni 44 gündə həll edən Müzəffər Ali Baş Komandan indi Azərbaycanın inkişafının, təhlükəsizliyinin əsrlər boyu davam edəcək möhkəm təməlini formalaşdırır. 29-cu ildönümünü qeyd etdiyimiz Qurtuluşun ən böyük həqiqəti, təntənəsi də budur”, - Təhlükəsizlik Şurasının katibi əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər