"Azərbaycan turizm blogerləri Assosiasiyası" İctimai Birliyi yarandı

"Azərbaycan turizm blogerləri Assosiasiyası" İctimai Birliyi yarandı
SOSİAL
12:38 26.11.2020
491
Ölkədə "Azərbaycan turizm blogerləri Assosiasiyası" İctimai Birliyi yaranıb.

Bu haqda Assosiasiyanın sədri Azər Qərib Baku.ws-ə məlumat verib.

Onun sözlərinə görə, həmin təşəbbüs hələ Müharibədən əvvəl irəli sürülüb, lakin torpaqlarımızın işğaldan azad edilməsi bu prosesi sürətləndirib.

"Biz hamımız bilirik ki, Azərbaycanın ən səfalı yerləri Qarabağda yerləşir və Qələbəmizdən sonra həmin yerlərin turizm potensialının yenidən dəyərləndirilməsi və təbliğ edilməsi çox vacib bir məsələ olacaq.

Və Assosiasiya olaraq biz bu işdə bütün imkanlarımızdan istifadə edərək dövlətə dəstək verməyə hazırıq.

Yeri gəlmişkən, hədəflərimizə qiymət verərək bizə dəstək olan Dövlət Turizm Agentliyinə və qeydiyyat məsələsinin tez bir zamanda həll edilməsinə görə Ədliyyə Nazirliyinə öz təşəkkürümüzü bildirmək istərdik.

Birliyimizin İdarə heyətində təşkilatımızın baş katibi olan Fərid Novruzi, İradə Qədirova, Aysel Əlizadə, Rəna Kərimova, Qiyafət Xeyirxəbərli, Vyaçeslav Sapunov, Mir-Səməd Cəfərli, Azər İsmayıl və Baba Ağayev kimi ölkəmizin tanınmış səyahətçi simaları təmsil olunub.

Bununla yanaşı, biz bütün səyahət həvəskarlarını, bu haqda KİV-lərdə yazan, bloq aparan, televiziya verilişləri hazırlayan, foto və video çəkənlərin hər birinin Assosiasiyamızın üzvü kimi görməyə şad olardıq. Biz hər bir təşəbbüsə, hər bir ideyaya açığıq, bizim buna ehtiyacımız var və ümidvarıq ki, biz həm daxili, həm də xarici turizmin inkişafına öz töhfəmizi verə biləcəyik.

Turizm iqtisadiyatın ən mühüm sahələrindən biridir və heç şübhəsiz, ən yaxın gələcəkdə bu sahə öz yeni inkişaf mərhələsini yaşayacaq.

Eyni zamanda, biz Azərbaycanın xaricdə təbliğinə də böyük önəm veririk. Artıq Beynəlxalq Turizm Yazarları Assosiasiyası ilə (The International Travel Writers Alliance), beynəlxalq otellər şəbəkələri və xarici dövlətlərin turizm nümayəndəlikləri ilə də əlaqələr yaranıb.

Çünki hədəflərimizdən biri də beynəlxalq ictimaiyyətə yalnız artıq tanınan bölgələrimizi deyil, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı da bir turizm cənnəti kimi təqdim etməkdir”, - deyərək Azər Qərib qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb
18:57 14.07.2026
Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
18:46 14.07.2026
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
18:31 14.07.2026
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
18:15 14.07.2026
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
18:11 14.07.2026
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
17:55 14.07.2026
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
17:50 14.07.2026
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
17:36 14.07.2026
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
17:22 14.07.2026
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
17:16 14.07.2026
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
17:07 14.07.2026
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
17:01 14.07.2026
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
16:45 14.07.2026
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
16:44 14.07.2026
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
16:21 14.07.2026
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
16:06 14.07.2026
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir