Bu gün Azərbaycan-Türk Futbol Məktəbinin açılışı olub. Apasport.az saytının məlumatına görə, mərasimə qardaş ölkədən gələn idman və sənət adamları qatılıb.
Belə ki, tanınmış futbol məşqçiləri Yılmaz Vural, Güvənc Kurtar, Türkiyənin veteran güləşçiləri Ahmat Taşçı və Kadir Birlik, eyni zamanda Tarık Menguç, Ahmet Selcuk İlkan kimi sənət adamları iştirakçılar arasında olub.Qeyd edək ki, Futbol məktəbi Bakı şəhəri, Nərimanov rayonu Qafur Murad küçəsində yerləşir.